Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Şanlıurfa °C

Niderlandda Fikrət Əmirovun xatirəsinə hazırlanmış poçt markası dövriyyəyə buraxılıb

Niderlandda Fikrət Əmirovun xatirəsinə hazırlanmış poçt markası dövriyyəyə buraxılıb
21.11.2022
A+
A-

 

 

 

Niderlandda Fikrət Əmirovun xatirəsinə hazırlanmış poçt markası dövriyyəyə buraxılıb

Niderlandda Fikrət Əmirovun xatirəsinə hazırlanmış poçt markası dövriyyəyə buraxılıb
Niderlandın Amsterdam şəhərində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş poçt markaları çap edilib.

Markalar diaspor fəalı Səltənət Rəvanqızının “Azərbaycan inciləri” layihəsi çərçivəsində Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən

buraxılıb.Markaların üzərində Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun təsviri yerləşdirilib, “Fikrət Əmirov – 100” və “Azərbaycanlı bəstəkar” sözləri yazılıb.

Qeyd edək ki, bu layihə çərçivəsində indiyədək Azərbaycanın dahi şəxsiyyətlərinin, görkəmli siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin xatirəsinə poçt markaları buraxılıb.

Səltənət Rəvanqızı 2004-cü ildən Niderlandda yaşayır.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/niderlandda-fikret-emirovun-xatiresine-hazirlanmis-poct-markasi-dovriyyeye-buraxilib-1956

 

 

REKLAM ALANI