Toronto şəhərində Kanada Azərbaycanlı Gənclər Birliyi yaradılıb
, 2024
Toronto şəhərində Kanada Azərbaycanlı Gənclər Birliyi yaradılıb
https://x.com/DiasporaAz/status/1852315047021666326
Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin nəzdində Kanada Azərbaycanlı Gənclər Birliyi (Youth Unity of Azerbaijani Canadians) yaradılıb.
https://x.com/DiasporaAz/status/1852315047021666326
Azərbaycan Evində baş tutan açılışa dünya şöhrətli azərbaycanlı alim, Əməkdar elm xadimi, Humboldt mükafatı alan ilk azərbaycanlı professor Məsud Əfəndiyev, Ontario əyalətinin keçmiş deputatı, nüfuzlu siyasətçi Reza Moridi və professor İlqar Məmmədov qatılıb. Onlar birliyin yaradılması münasibətilə azərbaycanlı gəncləri təbrik edib və onlara uğurlar arzulayıblar.
https://x.com/DiasporaAz/status/1852315047021666326
Məsud Əfəndiyev Kanada Azərbaycanlı Gənclər Birliyinin yaradılmasının önəmli və doğru bir addım olduğunu vurğulayıb. O, yeni yaradılan birliyin ölkəmizlə sıx əlaqədə olmasının, eyni zamanda digər ölkələrdə yerləşən Azərbaycan Evlərində fəaliyyət göstərən birliklərlə ortaq tədbirlər, görüşlər keçirməsinin əhəmiyyətindən danışıb.
Azərbaycan Kanadalı Gənclər Birliyinin təşkilatçıları Fərid Məlikov və Fidan Əliyeva qeyd ediblər ki, birliyin əsas hədəfi Kanadada yaşayan azərbaycanlı gəncləri bir araya gətirmək, elmi və digər vacib mövzularla əlaqədar görüşlər həyata keçirməkdir. Yaxın günlərdə gənclərlə bağlı böyük bir tədbirin keçiriləcəyi və bu barədə ictimaiyyətə daha geniş məlumat veriləcəyi də bildirilib.
https://x.com/DiasporaAz/status/1852315047021666326
Görüşdə Məsud Əfəndiyev, Reza Moridi və İlqar Məmmədov elm, siyasət, şəxsi inkişaf haqqında öz dəyərli fikirlərini gənclərlə bölüşüblər.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/toronto-seherinde-kanada-azerbaycanli-gencler-birliyi-yaradilib-5215
https://x.com/DiasporaAz/status/1852315047021666326
По партпроекту «Единая страна — доступная среда» на Белорусском вокзале в Москве открылся новый зал ожидания Центра содействия мобильности РЖД
Birleşik Rusya, Krasnodar’daki okul çocukları ile Kuzey Kafkasya Askeri Bölgesi Kahramanı arasında bir buluşma düzenledi
TÜMKUV GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 15 TEMMUZ DEMOKRASİ VE MİLLİ BİRLİK GÜNÜ MESAJI
Message from Asaf Atasoy, Chairman of the Board of Directors of Asfa Holding, on the July 15 Democracy and National Unity Day
NESLİHAN YÜRÜKSOY’ DAN 15 TEMMUZ DEMOKRASİ VE MİLLİ BİRLİK GÜNÜ MESAJI
HASAN EYYÜPOĞLU`NDAN 15 TEMMUZ DEMOKRASİ VE MİLLİ BİRLİK GÜNÜ MESAJI