Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Şanlıurfa °C

Xabarovskda Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi və Müslüm Maqomayevin 80 illiyi qeyd edilib

Xabarovskda Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi və Müslüm Maqomayevin 80 illiyi qeyd edilib
REKLAM ALANI
29.11.2022
A+
A-

 

 

 

Xabarovskda Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi və Müslüm Maqomayevin 80 illiyi qeyd edilib

 

Xabarovskda Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi və Müslüm Maqomayevin 80 illiyi qeyd edilib
Rusiyanın Xabarovsk şəhərində Azərbaycanla bu ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və görkəmli Azərbaycan sənətkarı Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunmuş tədbirlər və konsert keçirilib.

“Azərbaycan Konqresi” Xabarovsk Diyar İctimai Təşkilatının təşəbbüsü ilə 19-20 noyabr 2022-ci ildə Azərbaycan Mədəniyyəti Günü çərçivəsində təşkil edilən tədbirlər silsiləsi dəyirmi masadan başlayıb. Tədbirdə Xabarovsk diyarı hökumətinin daxili siyasət üzrə komitəsinin sədr müavini Aleksandr İvagin, “Xabarovsk Diyarı Xalqlarının Assambleyası” regional ictimai təşkilatı sədrinin birinci müavini Beyk Ku Sen (Владимир Николаевич), Azərbaycan diasporunun Rusiyanın müxtəlif bölgələrində yaşayan nümayəndələri və Xabarovskdakı icmaların təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Azərbaycan Konqresi” Xabarovsk Diyar Regional İctimai Təşkilatının sədri, Xabarovsk şəhər ictimai palatasının üzvü Əli Məmmədov qonaqları salamlayıb. Çıxış edənlər Azərbaycan və Rusiya arasında münasibətlərdən və iki ölkə arasında əlaqələrin qurulmasında ictimai təşkilatların rolundan danışıblar.

Sonra Azərbaycanın və SSRİ-nin xalq artisti, əfsanəvi bəstəkar-müğənni Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş konsert keçirilib.

Konsert zamanı Ryazan şəhər bələdiyyəsinin nəzdindəki Mədəniyyət Mərkəzinin solisti Nikolay Penyakin və yerli yaradıcı kollektivlər Azərbaycanın, Rusiyanın və dünyanın mədəni irsinə misilsiz töhfələr bəxş etmiş unudulmaz sənətkarın repertuarından mahnıları təqdim ediblər.

Azərbaycan Mədəniyyəti Günü çərçivəsində təşkil edilən böyük sərgidə ölkəmizin tarixi şəxsiyyətlərinin və mədəniyyət xadimlərinin portret qalereyası, xalqımızın qədim tarixini, zəngin mədəniyyətini, adət-ənənələrini və mətbəxini əks etdirən eksponatlar, məhsullar və nümunələr nümayiş etdirilib.

Xabarovsk diyarının ictimai-siyasi və humanitar sahələrinə töhfələrinə görə Azərbaycan diasporunun bir qrup nümayəndəsi “Xabarovsk Diyarı Xalqlarının Assambleyası”nın təşəkkürnamələri ilə mükafatlandırılıb.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/xabarovskda-rusiya-azerbaycan-diplomatik-munasibetlerinin-30-illiyi-ve-muslm-maqomayevin-80-illiyi-qeyd-edilib-1992

 

 

REKLAM ALANI
Arabic Arabic Chinese (Simplified) Chinese (Simplified) Dutch Dutch English English French French German German Italian Italian Portuguese Portuguese Russian Russian Spanish Spanish Turkish Turkish