Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Şanlıurfa °C

Azərbaycan təhsil işçilərini xarici səfərdə diaspor fəalı da müşayiət edib

Azərbaycan təhsil işçilərini xarici səfərdə diaspor fəalı da müşayiət edib
04.04.2023
A+
A-

 

 

 

Azərbaycan təhsil işçilərini xarici səfərdə diaspor fəalı da müşayiət edib
, 2023
Azərbaycan təhsil işçilərini xarici səfərdə diaspor fəalı da müşayiət edib
“Təhsildə beynəlxalq uğur” təcrübə proqramı çərçivəsində bir qrup azərbaycanlı təhsil işçisi və məktəb direktoru Estoniya, İsveç və Latviyaya səfər edib.

Estoniyanın Karyera Təhsil Akademiyası və təhsil işçilərinin təcrübə və kommunikasiya platforması olan “T-Network”un təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil İnstitutunun tərəfdaşlığı ilə 18-24 mart 2023-cü il tarixində baş tutan səfər zamanı nümayəndə heyətini Estoniya və Azərbaycandan layihə rəhbərləri Sənəm Əliyeva, Kadir Tanış və Cəfər Mənsimi müşayiət ediblər.

Səfər zamanı nümayəndə heyətinin üzvləri Estoniya, İsveç və Latviyanın təhsil müəssisələrini ziyarət edərək, qabaqcıl təcrübələrlə tanış olublar.

 

 

 

Təcrübə proqramı Latviyanın paytaxtında yerləşən Riqa Dövlət Klassik Gimnaziyasından başlayıb. Baltikyanı ölkələrin ən böyük gimnaziyası sayılan bu təhsil ocağının rəhbəri, həmyerlimiz Roman Əliyev iştirakçılara müəssisə haqqında geniş məlumat verib və Azərbaycan təhsil işçiləri ilə fikir mübadiləsi aparıb. Nümayəndə heyətinin üzvləri bir neçə qrupa bölünərək dərslərdə də iştirak edib.

Səfər İsveçin paytaxtı Stokholm şəhərində yerləşən, özünəməxsus təhsil metodları ilə seçilən Jensen Gimnaziyasının və Tallinin ən qabaqcıl təhsil müəssisələrindən sayılan, 400 illik tarixə malik Qustav Adolf Gimnaziyasının da təcrübəsi ilə tanışlıqla davam edib.

Yekunda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, ötən il iyunun 25-dən iyulun 2-dək bir qrup azərbaycanlı təhsil işçisi bu layihə çərçivəsində Estoniya və Finlandiyanın təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub. Layihə rəhbərlərindən biri olan Sənəm Əliyeva uzun illərdir Estoniyada yaşayan diaspor fəalıdır. Sənəm xanım “Ocaq” radio verilişinin aparıcısı və tərcüməçidir. Eyni zamanda Estoniyada Karyera Təhsil Akademiyasının rəhbəridir. Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V Qurultayının iştirakçısı olan Sənəm Əliyeva “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/azerbaycan-tehsil-iscilerini-xarici-seferde-diaspor-feali-da-musayiet-edib-2701

 

 

REKLAM ALANI