Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Şanlıurfa °C

Bişkek şəhərində Azərbaycan icması ilə görüş keçirilib

Bişkek şəhərində Azərbaycan icması ilə görüş keçirilib
26.11.2023
A+
A-

 

 

 

Bişkek şəhərində Azərbaycan icması ilə görüş keçirilib

, 2023

Bişkek şəhərində Azərbaycan icması ilə görüş keçirilib

 

 

 

“Heydər Əliyev İli” çərçivəsində Qırğız Respublikasında keçirilməsi planlaşdırılan tədbirlər planına uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun bu ölkədə yaşayan Azərbaycan icması ilə görüşü keçirilib.

 

 

 

Bişkek şəhərində baş tutan görüşdə Qırğızıstanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş filmin nümayişi ilə davam edib.

 

 

 

Görüş iştirakçılarını salamlayan Komitə sədri dövlət qurumunun çoxşaxəli fəaliyyət istiqamətləri və həyata keçirilən sistemli layihələr barədə geniş hesabatla çıxış edib. Prezident İlham Əliyevin azərbaycançılıq ideologiyasına xas cəhətlərin, milli kimliyin qorunması barədə Dünya Azərbaycanlılarının V Qurultayında xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladan Komitə sədri Qırğızıstandakı diasporumuzun bu tövsiyələrə uyğun şəkildə apardığı fəaliyyəti yüksək qiymətləndirib. Soydaşlarımızı dilimizin, mədəniyyət və incəsənətimizin təbliği istiqamətində daha da fəal olmağa dəvət edib, gənclərin diaspor fəaliyyətinə cəlb olunmasının önəmini vurğulayıb.

Tədbirdə Qırğızıstan-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Akif Alaferdov, “İrs” İctimai Birliyinin sədri Xansıvar Baxşəliyev və başqaları çıxış ediblər. Onlar qalib xalqın diasporu olmaqdan qürur duyduqlarını bildirib, milyonlarla soydaşımızı birləşdirən, işi nəzərəçarpacaq dərəcədə intensivləşən Komitə ilə Qırğızıstandakı diasporumuzun sıx əməkdaşlığı yüksək qiymətləndiriblər.

Qırğızıstandakı diaspor fəalı Əsəd Həsənovun təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ölümündən sonra onun qardaşı oğlu Ələsgər Səfərova təqdim edilib.

Geniş fikir mübadiləsinin aparıldığı tədbir sualların cavablandırılması ilə yekunlaşıb.

 

 

 

Sonra Komitə sədri Bişkek yaxınlığında yerləşən Çuy vilayətinin Sokuluk rayonunun Pervomaysk kəndində yaşayan azərbaycanlı Ələsgər Səfərovun ailəsinin qonağı olub. Komitə sədrinə bildirilib ki, hazırda bu kənddə 26 azərbaycanlı ailəsi yaşayır. Onların əcdadları 1930-cu illərin amansız repressiya illərində Azərbaycanın müxtəlif bölgələrindən Qırğızıstana sürgün olunublar. Qırğızıstanın 90 il ərzində azərbaycanlıların beş nəslinin vətəninə çevrildiyi, “Repressiyaya məruz qalanlara kompensasiya haqqında” qanunu qəbul edən ilk ölkələrdən olduğu, 1933-cü ildə repressiyaya məruz qalan azərbaycanlıların 1956-cı ilə qədər doğulmuş bir çox nəslinin təzminat aldığı bildirilib.

Görüş zamanı soydaşlarımızın milli köklərinə bağlı olduqları, tarixi vətənlərini çox sevdikləri, Azərbaycanın Qarabağdakı Zəfərinə çox sevindikləri vurğulanıb.

 

 

 

Görüşdə Qırğızıstan-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Akif Alaferdov da iştirak edib.

Qeyd edək ki, Sokuluk rayonu 5 fevral 1935-ci ildə “Kaqanoviçsk rayonu kimi yaradılıb, 6 iyul 1957-ci ildən etibarən Sokuluk adlandırılıb. Qırğızıstanda 2009-cu ilə olan əhalinin siyahıya alınmasına görə, burada azərbaycanlıların sayı 2299 nəfər təşkil edib.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/biskek-seherinde-azerbaycan-icmasi-ile-gorus-kecirilib-3847

 

 

 

 

REKLAM ALANI