Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Şanlıurfa °C

Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı nəticəsində Fransa tərəfindən verilmiş açıqlamaya dair şərh

Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı nəticəsində Fransa tərəfindən verilmiş açıqlamaya dair şərh
19.08.2023
A+
A-

 

 

 

 

No:437/23, Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı nəticəsində Fransa tərəfindən verilmiş açıqlamaya dair şərh

 

 

 

15 avqust tarixində Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı nəticəsində Fransa tərəfindən verilmiş açıqlama zamanı Azərbaycana qarşı irəli sürülmüş əsassız iddiaları qətiyyətlə rədd edirik.

 

 

 

Guya Laçın yolunun Azərbaycan tərəfindən “blokadada” saxlanıldığı və bunun nəticəsində “erməni sakinlərin ciddi humanitar böhranla üzləşdiyi” ilə bağlı iddialarla əlaqədar bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın Laçın yolunda vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verilməsi öhdəliyinə uyğun olaraq, eləcə də, Ermənistan tərəfindən Laçın yolundan hərbi və qeyri-qanuni iqtisadi məqsədlər üçün sui-istifadə hallarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyətinin blokada kimi qələmə verilməsi absurddur.

 

Bu yoldan gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə onlarla erməni sakinin hər iki istiqamətdə hərəkətinin təşkil olunduğu Fransa tərəfinə yaxşı məlumdur. Bununla yanaşı, Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral tarixli qərarına istinad edən Fransa tərəfinin, Laçın sərhəd buraxılış məntəqəsinin aradan qaldırılması barədə Ermənistanın tələbinin sözügedən məhkəmə tərəfindən 6 iyul tarixli qərarla yekdilliklə rədd edilməsinə əhəmiyyət verməməsi də, bu ölkənin niyyətinin sağlam olmadığını nümayiş etdirir.

 

 

 

Həmçinin Fransa tərəfi yaxşı bilir ki, erməni sakinlərin həqiqətən də gündəlik tələbat mallarına ehtiyacları varsa, bunun üçün Azərbaycan tərəfi “Ağdam-Xankəndi” və digər alternativ yollar təklif edib. Avropa İttifaqı və BQXK-nın bu yollardan istifadəyə dəstək verməsinə baxmayaraq, Fransa tərəfinin Ermənistanın manipulyasiyalarına uyaraq, bu razılaşmalara dəstək verməməsi təəssüf doğurur. Bununla yanaşı, məhz bu alternativ yollardan istifadə ilə bağlı Ermənistanın və onun tabeliyində olan separatçı rejimin əldə olunmuş razılaşmanı pozmasına Fransa tərəfinin heç bir reaksiya verməməsi, bu ölkənin bölgədə gərginliyi daha da artırmaq səylərindən xəbər verir.

 

 

 

30 ilə yaxın müddətdə azərbaycanlıların öz evlərindən kütləvi şəkildə qovulmasına, onlara qarşı müharibə cinayətləri törədilməsinə heç zaman əhəmiyyət verməyən Fransanın, indi Ermənistanın saxta təbliğatlarına istinadən bölgədə erməni sakinləri bəhanə gətirərək öz məkrli siyasətini yürütməyə çalışması ciddi narahatlıq doğurur.

 

 

 

Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini, eləcə də əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi-siyasi təxribatlarını davam etdirməsinə, Azərbaycanın ərazilərindən hələ də öz silahlı qüvvələrini tam olaraq çıxarmamasına Fransanın göz yummasının sülh prosesinə əsl maneə olduğunu da Fransa tərəfinə xatırlatmaq yerinə düşər.

 

 

 

 

Fransız nazirin Ermənistanın saxta təbliğatına inanaraq, Avropa İttifaqının Ermənistandakı Missiyası tərəfindən də yanlış olaraq dəyərləndirilən guya missiyaya qarşı atəş açılması barədə dezinformasiyaya öz açıqlamasında istinad etməsi də Fransanın bölgədə sülh və sabitliyin bərqərar olmasında maraqlı olmadığını bir daha sübut edir.

 

 

 

 

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında qeyd olunduğu kimi, Avropa İttifaqının nümayəndələrinin hərəkət marşrutu Azərbaycan tərəfinə əvvəlcədən təqdim olunur. Təqdim edilmiş həmin marşruta əsasən beynəlxalq müşahidəçilərin qeyd edilən günə təyin olunmuş istiqamətə səfərinin heç bir insident baş vermədən həyata keçirilməsinə Azərbaycan tərəfi xüsusi nəzarət edib. Missiyanın səfərinin baş tutduğu ərazi heç də Ermənistanın insident baş verdiyi iddia edilən rayonda deyil, şərti sərhədin fərqli istiqamətində olub.

 

 

 

 

Son günlər şərti sərhəddə və Qarabağ iqtisadi rayonunda yeni təxribatlara zəmin yaradan Ermənistan tərəfi ənənəyə sadiq qalaraq, böhtan xarakterli məlumat yaymaqla dünya ictimaiyyətinin diqqətini yayındırmağa və bu məqsədlə Avropa İttifaqını alətə çevirməyə çalışır. Fransa tərəfinin də bu kampaniyanın alətinə çevrilməsi təəssüf doğurur.

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

 

kaynak:https://mfa.gov.az/az/news/no43723

 

 

REKLAM ALANI