Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Şanlıurfa °C

Nazir Ceyhun Bayramovun BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı yeni nümayəndəsi Muhammad Nasar Hayat ilə görüşünə dair mətbuat məlumatı

Nazir Ceyhun Bayramovun BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı yeni nümayəndəsi Muhammad Nasar Hayat ilə görüşünə dair mətbuat məlumatı
24.07.2023
A+
A-

 

 

 

 

No:399/23, Nazir Ceyhun Bayramovun BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı yeni nümayəndəsi Muhammad Nasar Hayat ilə görüşünə dair mətbuat məlumatı

 

 

 

 

20 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni təyin olunmuş Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayatı qəbul edib.

 

 

 

İlk növbədə təşkilatın nümayəndəsinin etimadnaməsi nazir Ceyhun Bayramova təqdim olunub. Nazir Ceyhun Bayramov nümayəndəyə ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb.

 

 

 

Görüş zamanı, Azərbaycan və FAO arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

 

 

Nazir Ceyhun Bayramov, hazırki beynəlxalq konyunkturada ərzaq təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətindən danışaraq, bu xüsusda FAO-nun fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib. Ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişaf potensialından istifadə olunması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində FAO ilə həyata keçirilən birgə layihələr məmnunluqla xatırlanıb. Azərbaycanla FAO arasında Tərəfdaşlıq Proqramının perspektivləri müzakirə olunub.

 

 

 

Nazir Ceyhun Bayramov, həmçinin Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, o cümlədən kənd təsərrüfatına ciddi təhdid olan mina təhlükəsi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. İşğaldan azad olunmuş ərazilərimizin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurulduğunu diqqətə çatdıran nazir Ceyhun Bayramov, həmin ərazilərin böyük kənd təsərrüfatı potensialına malik olduğunu bildirib. Bu xüsusda, mövcud potensialdan istifadə məqsədilə beynəlxalq tərəfdaşlar, o cümlədən FAO ilə əməkdaşlıq imkanları qeyd olunub.

 

 

 

Muhammad Nasar Hayat, Azərbaycan və FAO arasında geniş əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnunluqla qeyd edərək, bu xüsusda münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Kənd təsərrüfatının inkişafında innovasiyaların tətbiqi sahəsində Azərbaycan tərəfindən görülən işlər, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilmiş təşəbbüslərin təqdirəlayiq olduğu bildirilib.

 

 

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no39923

 

 

 

REKLAM ALANI