Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Şanlıurfa °C

Parisdə Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş olunub və kitab təqdim edilib

Parisdə Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş olunub və kitab təqdim edilib
22.06.2023
A+
A-

Parisdə Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş olunub və kitab təqdim edilib

2023

 

 

 

Parisdə Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş olunub və kitab təqdim edilib
Parisin “Les 7 Parnassisens” kinoteatrında “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanın “Sonsuz Dəhliz” sənədli filminin nümayişi və fransalı vəkil Jan Emmanuel Medinanın “Sivilizasiyaların toqquşmasından sonra panantropik yaxınlaşma” kitabının təqdimatı keçirilib.

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) təşkilatçılığı ilə baş tutan tədbirdə tanınmış fransalı fotojurnalist Reza Deqati, Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Orxan Kərimov, diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri, filmin prodüserləri, elm xadimləri, media mənsubları və soydaşlarımız iştirak ediblər.

 

 

 

 

Tədbir iştirakçılarını salamlayan ADA İdarə Heyətinin üzvü Jerom Began qonaqlara Birinci Qarabağ müharibəsi, bu müharibənin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində litvalı rejissor Andreas Brokasın hazırladığı “Sonsuz Dəhliz” sənədli filminin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fransız dilinə dublyaj edildiyi nəzərə çatdırılıb. Qeyd edilib ki, bununla Xocalı faciəsinin daha geniş auditoriyaya çatdırılması, müxtəlif fransızdilli ölkələrdə nümayiş etdirilməsi mümkün olacaq.

 

 

 

 

Sonra Xocalı soyqırımına həsr olunmuş “Sonsuz Dəhliz” sənədli filmi nümayiş etdirilib.

Tədbir fransalı vəkil Jan Emmanuel Medinanın Xocalı soyqırımına həsr olunmuş “Sivilizasiyaların toqquşmasından sonra panantropik yaxınlaşma” adlı kitabının təqdimatı ilə davam edib. Fransadakı “Kəpəz” nəşriyyatı tərəfindən nəşr olunan kitabı haqqında müəllif qonaqlara ətraflı məlimat verib. Bildirib ki, uzun müddət fransalılar Xocalı soyqırımına dair məlumatı xarici dillərdə, o cümlədən ingilis dilində olan mənbələr vasitəsilə alıblar. Halbuki Xocalı faciəsi kimi qanlı bir hadisə barədə fransızların öz doğma dillərində məlumatlandırılması olduqca vacibdir və Xocalı qətliamının səbəblərinin olduğu kimi, düzgün təhlil edilərək Fransa vətəndaşlarına çatdırılması böyük əhəmiyyət daşıyır. Vəkil bəzi xarici mənbələrdə göstərildiyi kimi, bu qətliamın xristianların müsəlmanlara qarşı soyğırımı olmadığına diqqəti cəlb edib. Nəzərə çatdırıb ki, Xocalı faciəsi birbaşa Azərbaycanın suverenliyinə qəsd və hücum zəminində törədilmiş soyqırımı olub.

 

 

 

Tədbir zamanı qonaqlarla fikir mübadiləsi aparılıb və Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə geniş məlumat verilib.

 

 

 

 

Tədbirin sonunda Jan Emmanuel Medinanın imzaladığı kitablar qonaqlara hədiyyə edilib.

 

 

 

 

Xatırladaq ki, “Sonsuz Dəhliz” sənədli filmində 23 il əvvəl hərbi müxbir olan Riçard Lapaitis Dağlıq Qarabağ münaqişəsini və qanlı soyqırımı aktını işıqlandırıb. O, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb və ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürək dağlayan hekayələrini dinləyib. Filmin müəllifi bu soyqırımının təşkilatçıları və səbəbkarları — erməni hərbi komandirləri ilə də söhbət edib. Onlar qəddar hücum strategiyalarından danışaraq, mülahizələrini bölüşüblər. Filmin süjeti real hadisələr, bu cəhənnəm əzabını yaşamış, kütləvi qırğını öz gözü ilə görmüş insanların xatirələri əsasında qurulub.

 

 

 

 

 

Filmin prodüserləri Andreas Brokas və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşundur. Film bir sıra mükafatlara, habelə 2015-ci il Milan Beynəlxalq Film Festivalının “Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyasına, 2015-ci il Madrid Tenerife Beynəlxalq Film Festivalının “Ən yaxşı sənədli film” və digər mükafatlara layiq görülüb.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/parisde-xocali-soyqirimina-hesr-olunmus-senedli-film-numayis-olunub-ve-kitab-teqdim-edilib-3123

REKLAM ALANI