Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Şanlıurfa °C

Rotterdamda “Natəvan” poeziya klubu təsis edilib

Rotterdamda “Natəvan” poeziya klubu təsis edilib
07.03.2023
A+
A-

 

 

 

 

Rotterdamda “Natəvan” poeziya klubu təsis edilib
7 mart, 2023
Rotterdamda “Natəvan” poeziya klubu təsis edilib

Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi nəzdində “Natəvan” poeziya klubu təsis edilib.

Rotterdam şəhərində yerləşən “Qarabağ” idman klubunda baş tutan tədbirdə Azərbaycan icmasının fəal üzvləri və qonaqlar iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov bu maraqlı layihənin başlanması münasibətilə xanımları təbrik edib. Bildirib ki, bu yaxınlarda Benilüks Azərbaycanlıları Konqresinin fəal üzvü, publusist-şair Yasəmən Əkbərovanın Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova ithaf olunmuş “Əfsanəvi General” kitabı Bakıda işıq üzü görüb. Sonra diaspor təşkilatının sədri poemadan parçalar oxuyub.

Tədbirdə çıxış edən “Natəvan” poeziya klubunun təsisçisi, Benilüks Azərbaycanlıları Konqresinin sədr müavini Sima Cəfərova layihə barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihə Niderlandda yaşayan yaradıcılıq qabiliyyəti olan xanımların bir araya gəlməsi və istedadlarını nümayiş etdirməsi məqsədilə həyata keçirilir.

Sonra Sima Cəfərova, diaspor fəalı Nərminə Cəfərova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Azadə Novruzova, internet bağlantısı ilə Bakıdan tədbirə qoşulan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Türk xalqları ədəbiyyatı” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Fəridə Hicran öz şeirlərini təqdim ediblər. Nərminə Cəfərovanın şəhid həyat yoldaşına ithaf etdiyi şeir tədbir iştirakçılarını duyğulandırıb.

Qeyd edək ki, Xurşudbanu Natəvanın nəslinin davamçılarından biri olan, şairə, publisist, I Qarabağ müharibəsi qazisi Fəridə Hicranın “Xan qızı Natəvan” pyesi Haaqa şəhərindəki “An Hat Spui” teatrında Niderland dilində səhnələşdirilib. Onun müəllifi olduğu məşhur “Qarabağda talan var” kitabı Haaqa Ədalət Məhkəməsinin kitabxanasına təqdim olunub.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/rotterdamda-natevan-poeziya-klubu-tesis-edilib-2565

 

 

REKLAM ALANI