Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Şanlıurfa °C

Torontoda türk və yəhudi icmaları ilə görüşlər keçirilib

Torontoda türk və yəhudi icmaları ilə görüşlər keçirilib
14.03.2023
A+
A-

 

 

 

 

Torontoda türk və yəhudi icmaları ilə görüşlər keçirilib
, 2023
Torontoda türk və yəhudi icmaları ilə görüşlər keçirilib

Kanadaya səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) şöbə müdiri Səlhət Abbasovanın Toronto şəhərində yaşayan türk xalqlarının, yəhudi icmasının nümayəndələri və Cənubi Azərbaycandan olan soydaşlarımız ilə görüşləri keçirilib.

“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan görüşdə Qaraçay türkləri, tatar, qazax, türkmən, özbək, İraq türkmənləri və digər icmaların nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan DİDK-nın şöbə müdiri bildirib ki, belə görüşlərin davamlı təşkil edilməsi türk xalqlarının Kanadada daha böyük və güclü bir icma olaraq təmsil olunmasına mühüm töhfələr verəcək.

DİDK şöbə müdirinin Qızılbaş Qlobal İrs Şurasının regional rəhbəri Arşı Qızılbaşla da görüşü keçirilib. Qeyd edək ki, Arşı Qızılbaş Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V Qurultayının iştirakçısı olub.

Azərbaycandan Kanadaya köçmüş yəhudi icmasının üzvləri ilə görüşdə vətənimizə olan dərin sevgidən və sıx bağlılıqdan danışılıb. Yəhudi əsilli azərbaycanlılar ölkəmizdə böyüyüb boya-başa çatdıqlarını vurğulayaraq, Kanadada Azərbaycan mədəniyyətini təmsil və təbliğ etdiklərini, gələcəkdə Azərbaycan icması ilə birgə müxtəlif tədbirlərin təşkilində yaxından iştirak etmək istədiklərini nəzərə çatdırıblar.

Görüş zamanı Azərbaycan poeziyasından müxtəlif şeir nümunələri səsləndirilib. Sonra Toronto şəhərində fəaliyyət göstərən sinaqoq ziyarət edilib və yəhudi icması daimi sülh və inkişaf naminə Azərbaycana böyük nailiyyətlər arzulayıb.

Səfər çərçivəsində cənubi azərbaycanlı soydaşlarımız, o cümlədən “HB” (Heydərbaba) Media Qrupunun rəhbəri, “Azərbaycan StarTV”-nin təşkilatçısı və baş redaktoru olan Yaşar Poorali ilə də görüş keçirilib. “Təbriz” musiqi və rəqs ansamblının üzvləri ilə görüş Ontario əyalətinin Vaughan şəhərində yerləşən “Kavkaz Cuisine and Restaurant” adlı Azərbaycan restoranında baş tutub. Hər iki görüş zamanı diaspor fəaliyyəti, Azərbaycan mədəniyyətinin Kanada ictimaiyyətinə çatdırılmasına dair layihələrin Komitə tərəfindən dəstəklənməsi və gələcək layihələrlə bağlı birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/torontoda-turk-ve-yehudi-icmalari-ile-gorusler-kecirilib-2585

 

 

REKLAM ALANI