Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Şanlıurfa °C

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan YAP Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan YAP Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib
31.01.2023
A+
A-

 

 

 

 

 

 

Xəbərlər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan YAP Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib

2023

Türkiyə Cümhuriyyətinin Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Sədri Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin nümayəndə heyətini partiyasının mərkəzi qərargahında qəbul edib.

Nümayəndə heyətini salamlayan Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Azərbaycan arasındakı nümunəvi dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin əhəmiyyətindən bəhs edib. Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında çoxşaxəli əlaqələrin inkişafına toxunan Türkiyə Prezidenti hakim partiyaların gənclər qolları arasında əməkdaşlığın genişləndirilməsinin böyük önəm daşıdığını və hər iki tərəf üçün faydalı olduğunu söyləyib.

Səmimi qəbula görə təşəkkürünü bildirən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov yüksək səviyyədə təşkil olunan səfərin və keçirilən görüşlərin YAP Gənclər Birliyi ilə AK Parti Gənclik Qolları arasında əməkdaşlığın dərinləşdirilməsinə geniş imkanlar yaratdığını bildirib. B.İslamov hər iki partiyanın gənclərinin liderlər cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətlərini örnək götürdüyünü diqqətə çatdırıb. O, qarşıdan gələn seçkilərdə Rəcəb Tayyib Ərdoğana rəhbərlik etdiyi nümayəndə heyəti adından uğurlar arzulayıb.

Xatırladaq ki, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun rəhbərlik etdiyi nümayəndə heyətinə Gənclər Birliyinin sədr müavinləri Fəsli Nəbiyev, Sevinc Qasımova və üzvləri Nərmin Qocaman, Kənan Kərimov daxildirlər.

 

kaynak:http://www.yap.org.az/az/view/news/71741/turkiye-prezidenti-receb-tayyib-erdogan-yap-gencler-birliyinin-numayende-heyetini-qebul-edib

 

 

 

 

REKLAM ALANI